Nəşrlər

Xəbərlər

Uçuşların Təhlükəsizliyinin İdarə Edilməsi Sistemi (UTİS) üzrə İşçi Görüş

Dövlət Mülki Aviasiya Agentliyi

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

UÇUŞLARIN TƏHLÜKƏSİZLİYİNİN İDARƏ EDİLMƏSİ QRUPU

SAFETY MANAGEMENT SYSTEM (SMS)

2025-ci il mayın 26-da Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyində aviasiya operatorları və aviasiya sahəsinin digər əsas iştirakçıları ilə işçi görüş keçirilib.


Görüşün əsas məqsədi Uçuşların Təhlükəsiz İdarəolunması Sistemi (SMS) üzrə həyata keçirilmənin cari vəziyyətini müzakirə etmək, praktiki müşahidələrlə bağlı fikir mübadiləsi aparmaq və sistemin ICAO-nun Standart və Tövsiyə Olunan Təcrübələrinə (Annex 19, Doc 9859) və milli normativ sənədlərə uyğun olaraq daha da inkişaf etdirilməsi üçün yanaşmaları razılaşdırmaq olub.

Bu tədbir, aviasiya təhlükəsizliyinin səviyyəsini artırmaq və ilk növbədə ICAO tələblərinə uyğunluğu təmin etmək məqsədilə sahə iştirakçıları ilə fəal qarşılıqlı əlaqənin gücləndirilməsi strategiyasının bir hissəsidir.

Görüşdə Dövlət Mülki Aviasiya Agentliyinin SMS-in tətbiqi və nəzarətinə cavabdeh rəhbər şəxsləri və mütəxəssisləri, kommersiya operatorlarının, texniki xidmət təminatçılarının və hava limanlarının nümayəndələri iştirak ediblər. Belə bir formatda — bütün maraqlı tərəfləri əhatə edən tərkibdə — tədbir ilk dəfə təşkil olunub və peşəkar ictimaiyyətin böyük marağına səbəb olub.

Tədbir iştirakçılarına SMS-in tətbiq səviyyəsini və təhlükəsizlik təminatı proseslərinin dayanıqlığını qiymətləndirmək məqsədilə hazırlanmış təhlükəsizlik qabiliyyəti göstəriciləri (SPİ) təqdim olunub və Təhlükəsizliyin idarəedilməsi sahəsində yeni hazırlanan proqram barəsində məlumat verilib.

Əlavə olaraq, qələcəkdə planlaşdırılan web üzərində, ikitərəfli məlumat mübadiləsini, yenilənən risklərin qiymətləndirilməsi və idarəolunması üsülları barəsində məlumatları təmin edən proqram proyekti barəsində məlumat verilib və fikir mübadiləsi aparılıb.  (Təqdim olunan SPI modeli) təqdim olunan sistemin avtomatik olaraq təşkilatın Təhlükəsizlik İdarəetmə Sisteminin (SMS) yetkinliyini hesablamaq qabiliyyəti barəsində məlumat verilib, Yeni Sistemin sənayenin bütün istiqamətlərini əhatə etməsi planlaşdırılır.

Təhlükəsizlik Performans Göstəricilərinin (SPI) mövcudluğu və istifadəsi, heyətin təhlükəsizlik idarəçiliyinə cəlb olunması, eləcə də sistemin əməliyyat fəaliyyətinə inteqrasiyası kimi sahələri əhatə edir. Gözlənilir ki, bu sistem operatorlar üçün özünənəzarət aləti, eləcə də SMS-in səmərəli icrasına dair nəzarət orqanı ilə qarşılıqlı fəaliyyət vasitəsi kimi tətbiq ediləcək.

Görüş çərçivəsində 2024-cü il üzrə əldə edilmiş nəticələr nəzərdən keçirilib və 2025-ci il üçün əsas istiqamətlər müzakirə olunub. Bunlara AMO, CAMO və aerodromlarda təhlükəsizlik bölmələrinin yoxlamalarda iştirakının artırılması və təhlükəsizliyin idarə olunması funksiyalarının icrası zamanı qarşılıqlı fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi daxildir. İştirakçılar SMS tələblərinin müxtəlif təşkilat tiplərində tətbiqi və şərhi üçün vahid yanaşmanın formalaşdırılmasının vacibliyini vurğulayıblar.

Həmçinin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun vahid normativ bazanın yaradılması məsələləri də gündəmdə olub. SMS-in tətbiqi prosesində xidmət təminatçılarına dəstək məqsədilə əlavə metodiki sənədlərin hazırlanması təklif olunub. Bu zaman sənədlərin praktiki tətbiq oluna bilməsi, fəaliyyətin miqyas və xüsusiyyətlərinə uyğunlaşdırılması, habelə qüvvədə olan dövlət aktları ilə uzlaşması əsas meyar kimi göstərilib.

Təhlükəsizlik mədəniyyəti məsələlərinə xüsusi diqqət ayrılıb. Xüsusilə, effektiv SMS-in əsas elementlərindən biri kimi daxili hesabat vermə mexanizmlərinin rolu müzakirə olunub. Əməkdaşları potensial risklərin müəyyən edilməsi və qarşısının alınmasında fəal iştiraka təşviq edən şəffaf və aydın prosedurların təmin olunması, eləcə də fasiləsiz əksəlaqə mexanizmlərinin yaradılması vurğulanıb.

Nəzarət fəaliyyətləri kontekstində isə yalnız normativ uyğunluğa əsaslanan (compliance-based) yanaşmadan daha çevik, risklərə əsaslanan modelə keçid məsələsinə toxunulub. Bu dəyişiklik həm qlobal aviasiya təhlükəsizliyi tendensiyalarına, həm də Azərbaycan Respublikasında qəbul olunmuş Milli Aviasiya Təhlükəsizliyi Strategiyasının (NASP) prioritetlərinə uyğundur. Yaxın perspektivdə qarşıya qoyulan əsas vəzifələrdən biri NASP-ın gündəlik əməliyyat fəaliyyətinə inteqrasiyası, qurumlararası koordinasiyanın gücləndirilməsi və qəza hadisələrin qarşısının alınmasına yönəlmiş məqsədlərin həyata keçirilməsidir.

İclas çərçivəsində münaqişə zonaları üzərindən və ya yaxınlığından keçən uçuşlarla bağlı məsələlərə də toxunulmuş, bu kontekstdə ICAO-nun 10084 nömrəli sənədinə istinad edilmişdir.
Dövlət qurumları ilə operatorlar arasında davamlı dialoq və koordinasiyanın vacibliyi vurğulanmış, mürəkkəb və dəyişkən əməliyyat mühitlərində yaranan yeni risklərin idarə olunmasına hazırlığın təmin edilməsinin əhəmiyyəti önə çəkilmişdir.

Dövlət Mülki Aviasiya Agentliyi tədbirin bütün iştirakçılarına peşəkar töhfələrinə, fəallıqlarına və uçuşların təhlükəsiz idarə olunması sisteminin davamlı inkişafına göstərdikləri marağa görə dərin təşəkkürünü bildirir. Tədbir zamanı səsləndirilmiş bütün təklif və qeydlər normativ baza, nəzarət prosedurları və tənzimləyici orqan ilə xidmət təminatçıları arasında qarşılıqlı əlaqə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində aparılacaq işlərdə nəzərə alınacaq.