Dövlət Mülki Aviasiya Agentliyinin Uçuş əməliyyatlarına nəzarət departamentinin əməkdaşları üçün 2026-cı il 26-30 yanvar tarixlərində sertifikatlaşdırma tələblərinə dair təlimlər keçirilib. Təlimlər Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində təşkil olunub.
Proqram EASA-nın təlimçilərinin iştirakı ilə həyata keçirilib.