Nəşrlər

Xəbərlər

Personalın lisenziyalaşdırılması və aerodromlara nəzarət üzrə tədbirlər keçirilib

24-28 noyabr 2025-ci il tarixlərində Dövlət Mülki Aviasiya Agentliyində personalın lisenziyalaşdırılması və aerodromlara nəzarət sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə tədbirlər keçirilib.

Tədbirlər Avropa İttifaqı Uçuşların Təhlükəsizliyi üzrə Agentliyi (EASA) tərəfindən həyata keçirilən Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində baş tutub. Tədbirdə EASA, eləcə də İtaliya və Xorvatiyanın mülki aviasiyada uçuşların təhlükəsizliyi üzrə nəzarət orqanlarının mütəxəssisləri iştirak ediblər. Layihə çərçivəsində göstərilən dəstək və həyata keçirilən təcrübə mübadiləsi hava nəqliyyatı sahəsində peşəkarlığın artırılmasına mühüm töhfə verir. Bu əməkdaşlıq ölkəmizin aviasiya sahəsində beynəlxalq standartlara uyğun inkişafını dəstəkləyir.