Nəşrlər

Xəbərlər

ICAO-nun Avropa/Şimali Atlantika Bürosunun növbəti informasiya bülleteni (“ICAO EURNAT Newsletter”) işıq üzü görüb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika regional Bürosunun bülletenində Azərbaycan Respublikası mülki aviasiyasının inkişafına, həmçinin ICAO-nun regional ofisinin Dövlət Mülki Aviasiya Agentliyi ilə birlikdə son illərdə həyata keçirdiyi sahəvi layihələrə xüsusi diqqət yetirilib. Texniki yardım layihəsi ICAO-nun “Heç bir dövlət diqqətdən kənarda qalmayacaq” proqramı çərçivəsində icra olunub.