Nəşrlər

Xəbərlər

Əməkdaşların övladları arasında rəsm müsabiqəsi keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 2 iyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə Dövlət Mülki Aviasiya Agentliyi əməkdaşlarının övladları arasında “Mülki aviasiya: keçmişdən gələcəyə” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Agentlik rəhbərliyi çıxış edərək təşəbbüsün məqsəd və əhəmiyyətindən bəhs edib, uşaqların yaradıcılığının dəstəklənməsinin vacibliyini vurğulayıb.

Daha sonra iştirakçıların aviasiya mövzusunda hazırladıqları rəsm əsərləri nümayiş etdirilib. Rəsmlər daxili sorğunun nəticələrinə əsasən qiymətləndirilib, I, II və III yerlərin qalibləri müəyyən edilib. Sonda qaliblərə və müsabiqədə iştrak edən bütün uşaqlara hədiyyələr təqdim olunub.