Dövlət Mülki Aviaisya Agentliyinin əməkdaşlarına
“Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub
2022-ci il oktyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli Sərəncamı əsasında nazirliyin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş Dövlət Mülki Aviaisya Agentliyinin əməkdaşları – Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Nəriman oğlu Əliyev və rəhbərliyin baş məsləhətçisi İnam Zakir oğlu Əsədov iştirak etmişlər.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlara dövlət mükafatlarını təqdim edərək onları təbrik etmişdir.
Təltif olunan əməkdaşlar fəaliyyətlərinə verilən yüksək dəyərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmişlər.