Nəşrlər

Xəbərlər

DMAA nümayəndələri Avropa Mülki Aviasiya Konfransının iclasında iştirak ediblər

Mayın 19-da Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində  Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) İdarə Heyəti sədrinin müşaviri Şahin Abbasov və Hava nəqliyyatı departamentinin müdiri Samir Bağırov Fransanın Marsel şəhərində keçirilən Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzv dövlətlərin mülki aviasiya orqanları baş direktorlarının 166-cı iclasında iştirak ediblər.

Tədbir çərçivəsində nümayəndə heyəti Fransanın "Airbus" zavodunun helikopter istehsalı hissəsi ilə tanış olub. Həmçinin Fransa Mülki Aviasiya İdarəsi, Türkiyə Mülki Aviasiya Baş İdarəsi və ABŞ Federal Aviasiya Administrasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib.