Dövlət Mülki Aviasiya Agentliyinin Uçuş əməliyyatlarına nəzarət departamentinin əməkdaşları iyulun 14 – 16-da Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində keçirilən "Avropanın uçuş əməliyyatları qaydaları" adlı vörkşopda iştirak ediblər.
Vörkşopda yanacağın planlaşdırılması, idarə olunması və monitorinqi, bütün hava şəraitlərində uçuş əməliyyatları, "RNP-VPT" və "RNP-AR" naviqasiya prosedurları, GNSS/GPS siqnallarına müdaxilə riskləri və onlardan qorunma tədbirləri müzakirə olunub.
İştirakçılar, həmçinin "EASA" və Beynəlxalq Mülki Aviasiya Təşkilatının müvafiq tələbləri və təcrübəsi ilə tanış olublar.
DMAA-nın əməkdaşları Avropanın uçuş əməliyyatları qaydalarına dair vörkşopda iştirak ediblər