28-30 oktyabr 2025-ci il tarixlərində Bermud Adaları Mülki Aviasiya İdarəsinin nümayəndə heyətinin Bakı şəhərinə səfəri baş tutmuşdur.
28 oktyabr tarixində qonaqlar “Azərbaycan Hava Yolları” QSC-yə, “Silk Vey Vest Aviaşirkəti” MMC-yə və “Silk Vey Vest Aviaşirkəti” MMC-nin “SW Technics” Filialına baş çəkmişlər və sözügedən müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.
29 oktyabr tarixində Bermud Adaları nümayəndə heyəti Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyində (DMAA) DMAA-nın nümayəndə heyəti ilə görüş keçirmişlər. Görüş zamanı iki ölkənin mülki aviasiya orqanları arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.