Nəşrlər

Xəbərlər

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müşavirələri keçirilib

Tədbirdə 15 ölkəni, eləcə də5 beynəlxalq və regional təşkilatı (ICAO, IAC, EASA, IATA, Eurocontrol) təmsil edən 65-dən artıq mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları olan “Boeing” və “Airbus” şirkətlərinin nümayəndələri iştirak edib.

 

 

Beş gün ərzində taksonomiya və uçuşların təhlükəsizliyi üzrə praktik seminarlar keçirilmiş, qrupun işinin nəticələri bəyənilmiş və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının, ICAO, IATA, IAC və Eurocontrolun nümayəndələri, eləcə də digər rəsmi şəxslər məruzələrlə çıxış etmişlər.

 

 

Bakıda bu qəbildən olan müşavirə və seminarların keçirilməsi Azərbaycan aviatorları tərəfindən uçuşların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində təmin olunması işinə töhfə verir.