2026-ci il iyunun 1-də Dövlət Mülki Aviasiya Agentliyində Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Regionu Hökumətinin Nəqliyyat və Logistika İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Dövlət Mülki Aviasiya Agentliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, "Azərbaycan Hava Yolları" QSC-nin və "Silk Way West Airlines" MMC-nin nümayəndələri də iştirak ediblər.
Tərəflər Azərbaycan ilə Honkonq arasında hava əlaqələrinin mövcud vəziyyətini müzakirə edib, mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda uçuşların tezliyinin və marşrutların sayının artırılmasını nəzərdə tutan ikitərəfli sənəd imzalanıb.